"Sportsman" jurnalının təşkil etdiyi "Zəfər" Beynəlxalq İdman Mükafatı-2022-nin qaliblərinin adları açıqlanıb. Sport24.az xəbər verir ki, bununla bağlı "JW Marriott Absheron” otelinin "Şərq" zalında təltifetmə mərasimi təşkil olunub.

Gənclər və İdman Nazirliyinin dəstəyilə təşkil olunan tədbirdə diplomlar aşaşıdakı şəxslərə təqdim olunub:

 

“ZƏFƏR 2022”BEYNƏLXALQ İDMAN MÜKAFATI

 

İLİN İDMANÇISI –ELDƏNİZ ƏZİZLİ

İLİN VETERAN İDMANÇISI –EDUARD MƏMMƏDOV

İLİN MƏŞQÇİSİ –SİYANA VASİLEVA

 İLİN İDMAN FEDERASİYASI – AZƏRBAYCAN GÜLƏŞ FEDERASİYASI  

İLİN MİLLİ KOMANDASI – AZƏRBAYCAN MİLLİ KARATE FEDERASİYASININ KOMANDASI

İLİN İDMAN KLUBU – “NEFTÇİ” İK

İLİN FUTBOLÇUSU - RAMİL ŞEYDAYEV

İLİN İDMAN JURNALİSTİ – MEHMAN SÜLEYMANOV

İLİN İDMAN HƏKİMİ - professor HÜSEYNƏLİ İSMAYILOV

İLİN İDMAN VERİLİŞİ –FOTO + (CBC Sport)

İLİN İDMAN YARIŞI – “PREZİDENT KUBOKU – 2022” REQATASI

İLİN İDMAN SAĞLAMLIQ MƏRKƏZİ –“THE CLUB” PORT BAKU

AZƏRBAYCAN İDMANININ TƏBLİĞİNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ - AYDIN ƏLİYEV(Azərbaycan Televiziyası)

AZƏRBAYCAN İDMANININ VƏ OLİMPİYA HƏRƏKATININ İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – MİLLİ OLİMPİYA KOMİTƏSİ 

GİMNASTİKA İDMAN NÖVLƏRİNİN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – AZƏRBAYCAN GİMNASTİKA FEDERASİYASI

CÜDO İDMAN NÖVÜNÜN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – AZƏRBAYCAN CÜDO FEDERASİYASI

AZƏRBAYCAN FUTBOLUNUN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – AZƏRBAYCAN FUTBOL FEDERASİYALARI ASSOSİASİYASI

AZƏRBAYCAN UŞAQ FUTBOLUNUN İNKİŞAFINDAKI XİDMƏTLƏRİNƏ GÖRƏ – ARİF ZEYNALOV

İDMAN TƏDBİRLƏRİNİN TƏŞKİLİNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ – BƏHRUZ SƏMƏDOV

Göründüyü kimi, qaliblər arasında Sport24.az-ın redaktoru Mehman Süleymanov da olub. Ona mükafatı "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist, Milli Olimpiya Komitəsini aparıcı məsləhətçisi Murad Fərzəliyev təqdim edib. Süleymanova diplomla yanaşı, sponsorlar tərəfindən xatirə hədiyyələri də təqdim olunub. 

İdman ictimaiyyətinin iştirak edtiyi tədbirdə ilin idmançısı və futbolçusunun mükafatlandırılması xüsusilə diqqət mərkəzində olub. Keçən il dünya və Avropa çempionu olan yunan-Roma güləşçisi Eldəniz Əzizli ilin idmançısı, "Qarabağ"ın və milli komandamızın hücumçusu Ramil Şeydayev ilin futbolçusu seçilib. 2022-ci ildə 30 illik yubileyi olmuş AFFA da mükafatlandırılanlar sırasında idi. 

Tədbirdə şou-biznes nümayəndələrinin çıxışları olub, uduşlu lotereyalar da təşkil edilib. Süleymanov hədiyyəni udan iştirakçılar sırasında da yer alıb. 

Qeyd edək ki, yarandığı gündən “Sportsman” jurnalının ən üмdə arzularından, istəklərindən biri də “Frans Futbol”, “Laureus”, “Slava” kimi öz mükafatını yaratmaq, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında qazandıqları nailiyyətləriylə hər bir Azərbaycan vətəndaşını sevindirən, ona qürur hissi yaşadan qəhrəmanlarımızın xidmətləri şərəfinə mükafat təsis etmək idi. Nəhayət, “Sportsman” jurnalı, 2007-ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Zəfər” Yüksək İdman Nailiyyətləri Mükafatını təsis etdi. Mükafatın ilk təqdimetmə mərasimi isə 31 yanvar 2009-cu ildə Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında baş tutdu. Beləcə, müxtəlif layihələr həyata keçirən “Sportsman” jurnalı, 2008-ci ilin ən yüksək idman nailiyyətlərini müəyyən edərək, böyük uğurlar əldə etmiş idmançılara, məşqçilərə, idman mütəxəssislərinə, Azərbaycan idmanına dəstək olan qurumlara müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim etdi.

29 yanvar 2016-cı il tarixində, “Jumeirah Bilgah Beach Hotel”ində keçirilən “Zəfər 2015”in  təqdimat mərasimində isə “Dünya İdman Jurnalistləri Assosiasiyası”nın (AİPS) baş katibi maltalı Çarli Kamenzuli və fransalı Kristof Mousset, idmanın inkişafındakı xidmətlərinə görə “Zəfər” mükafatına layiq görüldülər. Beləcə,   
“Zəfər”, respublika sərhədlərini aşaraq, “Zəfər Beynəlxalq İdman Mükafatı” statusunu qazandı.