"Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov klubdan getdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib:

 

"Təyin olunduqdan düz 9 il sonra bu həftə doğma "Neftçi" klubumuzun Müşahidə Şurasının üzvü vəzifəsini tərk etməyi qərara almışam.

İlllər öncə bu uzun və şərəfli yola çıxmışdıq. Yıxıldıq və ayağa qalxdıq, amma əsas məqsədimizə, yəni "Neftçi"mizi Azərbaycan futbolunun zirvəsində öz layiqli yerinə qaytarmaq üçün heç vaxt dayanmadıq. Qüdrətli və demək olar ki, yenilməz rəqib dövründə bu çox çətin bir iş idi.

Xoşbəxtəm ki, mən uzun illərdən sonra klubumuzu maliyyə böhranından qorumaq və bütün borcları bağlamaq, 2020-2021 mövsümünün çempionluğunu qazanmaq, akademiyada gələcək üçün islahatlar aparmaq və uşaqlarımıza şans vermək, respublikada ilk klub televiziyası yaratmaq, real sposorluq müqavilələrini imzalamaq kimi nailiyyətləri birlikdə bacardıq. Təəssüf ki, daha çox görünən uğursuzluqlar oldu. Yerinə yetirilməmiş ümidlər üçün üzgün olmağımı vurğulamaq istərdim…

Deyə bildiyim qədər – qeyd olunan işlər planlaşdırdığımızın 20-25 faizini təşkil etdi. Qalanları haqqında əgər o, nə vaxtsa dərc etmək qərarına gəlsə, xatirələrində Çingiz Abdullayevin yazmağını xahiş edəcəm.

Fürsətdən istifadə edərək klubumuzda işləmək şərəfini bölüşmək şansım olan hər kəsə – keçmiş və indiki Müşahidə Şurası üzvlərinə, bütün baş direktor və prezidentlərinə, baş məşqçilərimizə və futbolçularımıza, bu çətin yolda bizə kömək edən azsaylı alturistlərinə və əlbəttə ki, klubda çalışan görünməz qəhrəmanlara dərin təşəkkür etmək istəyirəm.

Hər birinizə xatırlatmaq istəyirəm ki, bizi birləşdirən ağ-qara qanımızdır.

Bir kəz "Neftçi"li, həmişə "Neftçi"li"

 

Qeyd edək ki, "Neftçi"nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf aprelin 2-də keçiriləcək hesabat-seçki konfransında AFFA prezidentliyinə yeganə namizəddir. Onun aprelin 2-də "Neftçi"dən istefa verməsi gözlənilir.