"İmişli" "Kəpəz"dən ayrılan Yusif İmanovu heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
23 yaşlı qolkiperlə "2+1" şərti ilə müqavilə imzalanıb.
Qeyd edək ki, İmanov karyerası ərzində "Kəpəz"lə yanaşı, "Sabah" və Kosovonun "Malişeva" komandasında da çıxış edib.