"Azərbaycan millisinin heyətində çox perspektivli oyunçular var". Sport24.az xəbər verir ki, bunu futzal üzrə millimizinbaş məşqçisi Yevgeni Kukseviç jurnalistlərə açıqlamasında deyib.
O, komandanın hazırlıqları haqqında fikirlərini bölüşüb:
"Yeni ildən sonra ilk toplanışımıza başlamışıq. Milliyə yeni oyunçular dəvət etmişəm və geniş heyətlə hazırlaşırıq. Heyətdə çox perspektivli futzalçılar var və onların üzərində işləməyə çalışacağıq".
Qeyd edək ki Azərbaycan millisi yanvarın 22-si və 24-də Danimarka ilə yoldaşlıq görüşü keçirəcək