"Xankəndi"də futbolçulara vəd edilən çempionluq mükafatı hələ də ödənilməyib. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi II Liqada qazanılan çempionluğa görə nəzərdə tutulan mükafatı bir həftə ərzində futbolçulara veriləcəyini bildirsə də, vədini tutumayıb.

Rəhbərlik futbolçulara AFFA-dan vəsait daxil olduqdan sonra mükafatların ödəniləcəyini bildirib.

Lakin buna baxmayaraq bəzi oyunçular rəhbərliyə narazılığını bildirib. Hətta komandadan ayrılanlar da mükafatlarının ödənilməsini tələb ediblər.

 

Qeyd edək ki, ötən mövsüm II Liqada çempion olan "Xankəndi" 2026/27 "futboç ili"ndə I Liqada debüt edəcək.