"Rayon səfərləri həmişə çətin olur. Biz çempionluğa oynayan komandayıq, bizim üçün hər oyun final matçıdır". Bu sözləri Sport24.az-a açıqlamasında "Xankəndi"nin futbolçusu Müşfiq Teymurov deyib.
Komandanın kapitanı İkinci Liqanın 8-ci turunda səfərdə "Ağdaş"ı məğlub etdikləri oyunu şərh edib:
"Böyük hesabla qlib gəlməyimizə baxmayaraq, meydan sahibləri 90 dəqiqə bizə müqavimət göstərdi. Futbolun gözəlliyi də elə bundadır. Çempionatın ilk mərhələsinin sonuna hələ 14 tur var və irəlidə bizi çətin oyunlar gözləyir. Ona görə də hazırlığımız və məşqlərimiz tam gücü ilə davam edəcək. Qış fasiləsinə kimi maksimum xalq fərqi ilə rəqiblərimizdən uzaqlaşmaq istəyirik. "Xankəndi"ni layiq olduğu liqaya yüksəltmək istəyirik. Hədəfə mübarizə, özünəinam, fədakarlıq sayəsində çatacağımıza inanıram".
Qeyd edək ki, "Ağdaş" - "Xankəndi" görüşü qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.