Türkiyə I liqasında XXXIII tura yekun vurulub. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" evdə "Sakaryaspor"la qarşılaşıb.
Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Matça start heyətində başlayan Vüsal 86-cı dəqiqədə İshak Karaoğulla əvəzlənib.
Aktivində 48 xalı olan "Boluspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.