"Bizi maraqlı oyun gözləyir. Ümid edirəm azarkeşlər hər iki komandanın ifasında parlaq oyun izləyəcəklər". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

 

Məşqçilər Komitəsinin sədri həftəsonu keçiriləcək "Qarabağ" - "Neftçi" oyunundan gözləntilərini açıqlayıb:


"Qarabağ" doğma meydanda çempionluğu rəsmiləşdirə bilər. "Neftçi" isə "Sabah"la vacib kubok oyununa hazırlaşır. "Ağ-qaralar" qələbə qazansa, kubok görüşü ərəfəsində psixoloji üstünlük əldə edəcək. "Neftçi"nin öz nüfuzunu qoruyub saxlamaq üçün son illərin çempionuna qarşı məzmunlu oyun sərgiləyəcəyinə inanırıq. Komandalar turnir cədvəlində fərqli mövqeydə olmalarına baxmayaraq, prinsipial qarşılaşmadı. Kimsə kağız üzərində favorit ola bilər. Oyuna hazırlıqdan çox şey asılıdır".

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu aprelin 19-u, saat 20:00-da başlayacaq.