"Bu haqda danışmaq istəmirəm. Klubla mənim aramda olan məsələdi. Heç şübhəsiz, nəsə oldu ki, "Sabah" kimi klubdan ayrıldım. Xahiş edirəm artıq sual verməyin. Kimdən və ya nədən narazı qaldığımı, nəyə görə işimdən ayrıldığımı açıqlamayacam". Bu sözləri Sport24.az-a açıqlamasında "bayquşlar"ın düşərgəsindən ayrılan qapıçılar üzrə məşqçi Vitali Kovalyov deyib.

 

47 yaşlı mütəxəssis yeni təkliflərə açıq olduğunu da bildirib: "Hələ ki, istirahət edirəm. Ümid edirəm tezliklə yenidən işbaşında olacam".

 

Qeyd edək ki, Kovalyov 2018-ci ildən "Sabah"da çalışırdı.