Misli Premyer Liqasının XXIX turunun "Sabah" - "Kəpəz" oyunundan (0:1) sonra meydan sahibi komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi... 

 

- Pis oynadıq. Meydanda döyüşməyəcəyiksə, bizdən aşağı olan komandalara qarşı həmişə belə nəticələr olacaq. Meydanda daha çox can qoymalısan.

 

- Kubok oyunundan sonra mətbuat konfransını yarımçıq tərk etdiniz. Mediaya hörmətsizlik etdiyinizi düşünmürsünüz?

- Futbol emosiyalar oyunudur. Burda heç bir hörmətsizlikdən söhbət gedə bilməz. Matç haqda çoxlu söhbətlər oldu. Keçmiş kapitanımız Elvin Camalov çox qeyri-peşəkar davranış sərgiləmişdi.

 

- "Turan Tovuz"la xal fərqini azaltmağa yaxşı imkan var idi. Bu şansı qaçırdınız. 4-cü yer üçün mübarizəni davam etdirmək üçün nə etməlisiniz?

- Hər oyunu udmalıyıq. Bu cür kökləməklə çətin olacaq. Bir ayaqla kiməsə qalib gəlmək olmaz.

 

Nuh Tarverdiyev