Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub. Sport24.az xəbər verir ki, ailəsi mətbuata açıqlamasında 51 yaşlı veteran futbolçunun hazırda reanimasiyada olduğunu söyləyib.

 

Ötən gün insult keçirən Vasilyevin vəziyyətinin sabit-ağır olduğu bildirilib.

 

Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.