Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək. Sport24.az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Şotlandiyadan olan həmyaşıdları ilə qarşılaşacaq.

 

"Liv Bona Dea Arena"da keçiriləcək görüşün start fiti saat 19:00-da səslənəcək. 

 

Qeyd edək ki, millimizin yer aldığı B qrupunda Portuqaliya 9 xalla liderdir. Eyni xala malik Çexiya ikinci, 4 xalı olan Bolqarıstan üçüncüdür. Şotlandiyanın 3, Azərbaycanın isə 1 xalı var. Bütün görüşlərdə uduzan Cəbəllütariqin xalı yoxdur.