19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib. Sport24.az xəbər verir ki, oyunları Moldovada keçirilən VI qrupda mübarizə aparan Elxan Abdullayevin yetirmələri 3-cü oyunda meydan sahibləri ilə üz-üzə gəlib.

 

Matç da 4 qol vurulsa da qalib müəyyənləşməyib - 2:2. Komandamızın heyətində Həsən Nəzərli dubllla yadda qalıb. vurub.

 

Qeyd edək ki, Elxan Abdullayevin yetirmələri bundan əvvəlki iki görüşdə meydanı məğlub tərk edib. U-19 İslandiyaya 0:2, İrlandiyaya isə 0:4 hesabı ilə məğlub olub.