"Fikrimcə, "Səbail" bu görüşdə xal itirdi. Çünki "Turan Tovuz" üçün üst pillələrə qalxmaq çətin olacaq. Tovuz klubunun Kubok oyununun olduğunu da nəzərə almalıyıq". Bu sözləri Sport24.a-a açıqlamasında Aftandil Hacıyev deyib.

Təcrübəli mütəxəssis Misli Premyer Liqasının XXVII turunda keçirilən "Səbail" - "Turan Tovuz" oyunu nu şərh edərkən,  qonaqların hazırkı mövqeyinin qənaətbəxş olduğunu  vurğulayıb: "Səbail" ev ounu olduğu üçün daha çox üç xal planlaşdırırdı. Amma bütün hallarda hər iki tərəfin aktivinə bir xal yazıldı. Mümkündür ki, mövsüm sonunda bu qızıl xala çevrilsin".

Qeyd edək ki, "Səbail" - "Turan Tovuz" oyunu 1:1 hesabı ilə başa çatıb.

 

 

KAMAL RZA