Son günlərdə adı “Neftçi” ilə hallanan "Sabah"ın futbolçusu Təmkin Xəlilzadə yayılan xəbərlərə münasibət bildirib. Sport24.az xəbər verir ki, millimizin də üzvü olan 28 yaşlı müdafiəçi bununla bağlı "İnstagram" hesabında paylaşım edib.

Belə ki, Təmkin “Neftçi” ilə razılaşması xəbərlərinin düzgün olmadığını bildirib: “Dostlar, hər birinizi salamlayıram. Bir neçə gündür mətbuatda haqqımda yazılan xəbərləri təəccüblə oxuyuram. Nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda “Sabah” klubu ilə davam edən müqaviləm var. Bu səbəbdən, hər hansı bir klub ilə danışmağım, müqavilə imzalamağım və anlaşmağım reallıqdan kənardır. İndiki halda, sadəcə üzvü olduğum klubun oyunlarına köklənmişəm. Təkliflərə gəlincə, mövsüm bitdikdən sonra, götür-qoy edib, qərar verəcəyəm və qərarımı sizə ilk olaraq mən xəbər edəcəm”.