Misli Premyer Liqasında mart ayının ən yaxşı qolu müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, "Sabah"ın futbolçusu Tellur Mütəllimovun "Sumqayıt"ın qapısına vurduğu qol olub.

 

Münsiflər heyətinin 11 üzvündən 5-i Tellur Mütəllimova səs verib.

 

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi səsvermədə Andrey Tirkoveanu ("Şamaxı"), Kadi Borqes ("Qarabağ"), Bernardo Dias ("Araz-Naxçıvan") və Rüfət Abdullazadəni ("Səbail") qabaqlayıb.