"Fikir bildirmək üçün 11 tur tezdir. Çempionatın 12 komandalı, legioner limitinin ləğv olunmasının xüsusi fərqi yoxdur". Bu sözləri Sport24.az-a açıqlamasında menecer Tural Əsgərov deyib.

Tanınmış agent Misli Premyer Liqasının başa çatan birinci dövrəsini şərh edib:

"Ötən mövsümlə müqayisədə gözəçarpan dəyişiklik görünmür. Stadionların bərbad, tribunaların boş olması və təəssüf ki, komandaların gətirdikləri legionerlərin əksəriyyətinin keyfiyyətsiz olması üzücü məqamdır. Çempionatımızın səviyyəsi "Qarabağ"ın avrokuboklardakı çıxışının kölgəsində qalır. Heç kimin xətrinə dəymək istəmirəm. "Qarabağ" avrokuboklarda dolu, çempionat oyunlarında boş tribuna qarşısında oynayır. Hazırda oyunu ilə gözoxşayan legioner yoxdur. Fikrimi "Qarabağ"ın avrokubok oyunlarına əsasən yürütmək istəmirəm. Söhbət çempionatdan gedirsə, yoxdur. Hansısa klub legioner transfer edərkən böyük uğur əldə edib demək, tezdir".

Qeyd edək ki, ilk dövrədə Sabah" - "Qarabağ matçı təxirə salınıb.