Misli Premyer Liqasının 12-ci turunun bu gün keçiriləcək "Sumqayıt" - "Qarabağ" oyununa maraq böyükdür. Sport24.az xəbər verir ki, "Sumqayıt" klubunun yaydığı məlumatda bildirilib ki, artıq 7500 bilet satılıb.
Biletləri iTicket.az, 1 saylı Sumqayıt ASAN Xidmət mərkəzi ilə yanaşı 15:00-19:00 arası Mehdi Hüseynzadə adına stadionun kassasından almaq olar.
Satışda məhdud sayda, yalnız 2 manatlıq biletlər qalıb.
Qeyd edək ki, oyun saat 19:00-da başlanacaq.
Əlavə edək ki, M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun 10 min tamaşaçı tutumu var.