Misli Premyer Liqasının XII turunun ilk oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı təmsilçisi "Qarabağ"ı qonaq edir.

 

Hazırda aktivində 23 xal olan ağdamlılar turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Kimyaçılar" isə 20 xalla dördüncüdür. Bu komandalar arasında I dövrədə baş tutan qarşılaşmada Saşa İliçin komandası minimalhesabla qalib gəlib. "Sumqayıt" bu gün də eyni qəhrəmanlığı təkrarlasa, ən azı o biri oyunların nəticələri məlum olunana qədər ilk pilləyə yüksələcək. 

 

Qeyd edək ki, XII turun digər oyunları sabah və bazar günü keçiriləcək.

 

Misli Premyer Liqası

II dövrə, XII tur

19:00. "Sumqayıt" - "Qarabağ"

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Kərim Zeynalov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Munis Abdullayev 
AFFA nümayəndəsi: Zümrüd Ağayevа
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu,