Almaniya millisinin və "Bavariya"nın keçmiş müdafiəçisi Jerom Boatenq "Barselona"nın məşq meydançasına baş çəkib və orada baş məşqçi Hans-Diter Flik və oyunçularla, o cümlədən Münhen klubunda keçmiş komanda yoldaşı Robert Levandovski ilə görüşüb. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti sosial media hesabında məlumat yayıb.

 

Boatenq bir neçə gün klubun bazasında təcrübə keçəcək. 

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Boatenqin "Bavariya"da təcrübəsi keçmək istədiyi xəbəri yayılsa da, Almaniya klubunun azarkeşləri buna qarşı çıxmışdı. Səbəb veteran futbolçunun 2021-ci ildə cəsədi tapılan keçmiş sevgilisi Kasia Lenhardtı intihara sürükləməsi ittihamıdır. Nəticədə, Münhen klubu Boatenqin istəyini geri çevirmişdi.