Braziliya millisinin keçmiş yarımmüdafiəçisi Fernandinyo karyerasını bitirdiyini açıqlayıb. Sport24.az xəbər verir ki, 40 yaşlı futbolçu "Globo Esporte"yə açıqlamasında artıq heç nədən motivasiya almadığını bildirib:

 

"Yoruldum. Artıq futbolda məni heç nə motivasiya etmir. Karyeram ərzində artıq çox şeyə nail olmuşam. Əlimdən gələn hər şeydən zövq almışam. İndi ailəmlə vaxt keçirməyin vaxtıdır".

 

Qeyd edək ki, braziliyalı futbolçunun son klubu doğma şəhərini təmsil edən olan "Atletico Paranaense" olub. Fernandinyo karyerası ərzində "Mançester Siti" və Donetsk "Şaxtyor"unun formasını geyinib. O, UEFA Kubokunu, Premyer Liqanı və "Copa America"nın qalibi olub.