"Barselona" və İspaniya millisinin hücumçusu Lamin Yamal ən çox hansı mükafatı qazanmaq istədiyini açıqlayıb. Sport24.az xəbər verir ki, gənc ulduz bununla bağlı "Marca"nın sualını cavablandırıb:

 

"Çempionlar Liqasını, Dünya Kubokunu, yoxsa "Qızıl top"u qazanmaq istəyirəm? Mən hamısını istəyirəm. Ümid edirəm ki, oynaya bildiyim müddətdə adını çəkdiyiniz bütün titulları qazanacam". 

 

Qeyd edək ki, Yamal cari mövsümdə "Barselona"nın heyətində 11 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun Kataloniya klubu ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 200 milyon avro qiymətləndirir.