"Fiorentina" "Çelsi"nin mərkəz müdafiəçisi Coş Açimponqla maraqlanır. "Bənövşəyilər" 19 yaşlı futbolçunu sonradan almaq hüququ ilə icarəyə götürməyi düşünür. Sport24.az "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, Açimponq özü də London klubundan ayrılmağa hazırdır.
Mənbənin sözlərinə görə, İtaliya klubu həmçinin İngiltərə klubunda forma geyinmək şansı qazanmayan 27 yaşlı müdafiəçi Aksel Disasi ilə də maraqlanır.
Bu mövsüm Açimponq bütün turnirlərdə 8 oyunda meydana çıxıb və 1 qol vurub. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.
Disasi isə bu mövsüm "Çelsi"nin əsas heyətində bir dəfə də olsun meydana çıxmayıb. Fransız futbolçunun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" müdafiəçinin dəyərini 18 milyon avro qiymətləndirir.