Qadın voleybolçulardan ibarət Azərbaycan Yüksək Liqasının III turunda daha bir matç keçirilib. Sport24.az xəbər verir ki, "DH Volley" klubu "Murov Az Terminal"la üz-üzə gəlib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutan matç "DH Volley" kollektivinin 3:0 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun ötən gün baş tutan görüşündə UNEC "Azərreyl"i 3:0 hesabı ilə məğlub edib. III tura noyabrın 21-də yekun vurulacaq.