Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb. Sport24.az xəbər verir ki, FHN-in idman zalında Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gələn Bakı təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

 

İlk matçı rəqib komanda 3:0 hesabı ilə üstün başa vurduğundan qalibi müəyyənləşdirmək üçün "qızıl set"ə ehtiyac duyulub. Həlledici seti 15:13 hesabı ilə xeyrinə başa vuran "Xilasedici" 1/16 finala yüksəlib.