“Sumqayıt” iranlı hücumçusu Mehdi Şərifi ilə yollarını ayırıb. Sport24.az saytının əldə etdiyi məlumata görə, futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb.
Amma klub rəhbərliyi futbolçu ilə yeni müqavilə bağlamaq istəməyib. Bu üzdən də onunla yollar ayrılıb.
Qeyd edək ki, Mehdi Şərifi bu ilin yanvarında “Sumqayıt”la müqavilə imzalamışdı. O, əvvəlki mövsümdə də “Sumqayıt”da çıxış etmiş və 16 oyunda 5 qola imza atmışdı.