Qış toplanışını Türkiyədə keçirmiş Azərbaycan Premyer Liqasının təmsilçilərindən daha 3-ü Vətənə qayıdıb. Sport24.az xəbər verir ki, bunlar turnir cədvəlində 2-4-cü pillələri bölüşdürən"Qəbələ", "Neftçi" və "Zirə"di.

“Sabah” və “Qarabağ” da Türkiyə toplanışı başa vurub və hər ikisi bu gün Bakıya dönür. Bir günlük istirahətdən sonra yanvarın 28-də bir yerə toplaşacaq bu komandalar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk matçlarına hazırlığa start götürəcəklər. 

Xatırladaq ki Premyer Liqa təmsilçilərimizədn ilk Vətənə dönən keçən bazar "Sumqayıt" olub. Aleksey Baqanın komandası bu gün Sumqayıtda bir araya gələrək Kubok hazırlığına başlayır.