Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında XV tura start veriləcək. Sport24.az xəbər verir ki. hər iki qarşılaşma bölgədə baş tutacaq.

 

Günün ilk matçında "Şamaxı" "doğma divarlar" arasında "Zirə"ni qonaq edəcək. Hazırda "qartallar" 27 xalla 3-cü, "şirlər" isə 17 xalla yeddinci pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Zirə" rəqibini 2:1 hesabı ilə məğlub edib. 

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 14:00-da səslənəcək.

 

Misli Premyer Liqası

II dövrə, XV tur

14:00. "Şamaxı" - "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı. Şəhər stadionu.