Tyaqo Alkantara "Levante"nin baş məşqçisi olmaq təklifini qəbul etməyib. Sport24.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
İspaniyalı mütəxəssis Xulian Kaleronun istefasından sonra yeni baş məşqçi axtaran Valensiya təmsilçisinin dəvətini rədd edib.
Alkantara sentyabr ayından "Barselona"da Hansi Flikin köməkçisi kimi çalışır. O, hazırda baş məşqçi kimi fəaliyyətə başlamağı planlaşdırmır. Keçmiş yarımmüdafiəçi alman mütəxəssisindən məşqçiliyin sırlərini öyrənir və əsas komandanın taktiki aspektlərinə, həmçinin məşq prosesinin hazırlanmasına cavabdehdir.