"İnter"in heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, müdafiəçi Françesko Açerbi sıradan çıxıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

İtaliyalı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunun "Liverpul"la matçında (0:1) sıradan çıxıb.37 yaşlı mərkəz müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd eədk ki. Açerbi bu mövsüm "İnter"in heyətində 14 oyuna çıxıb və  1 qol ötürməsi edib.