"Qalatasaray"ın mərkəz hücumçusu Mauro İkardi karyerasını "Milan"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto sosial şəbəkə hesabında məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 32 yaşlı hücumçu İtaliya klubuna təklif olunub. İkardinin özü də İstanbul klubundan ayrılacağını istisna etməyib. Argentinalı forvard artıq "Qalatasaray"da start heyətindəki yerini itirib.

 

Qeyd edək ki, İkardi 2023-cü ilin yayından  "Qalatasaray"ın formasını geyinir. İstanbul klubu onu 10 milyon avroya PSJ-dən transfer edib. O, bu mövsüm 20 oyunda meydana çıxıb və yeddi qol vurub.