Paris Apelyasiya Məhkəməsi "Real"ın hücumçusu Kilian Mbappenin PSJ-nin hesablarının dondurulması tələbini rədd edib. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Fransalı futbolçu əvvəllər 55 milyon avro bonus, eləcə də 2024-cü ilin aprel-iyun ayları üçün əmək haqqı tələb edib. PSJ-dən isə bildirilib ki, Mbappe "Real"a pulsuz transfer olunmaq üçün bu ödənişlərdən könüllü şəkildə imtina edib. Onun iddiası rədd edilib, məhkəmə xərclərini ödəməli olub və Paris klubunun xərclərini ödəmək üçün 3000 avro cərimə olunub.
Məhkəmədə PSJ-ni təmsil edən vəkil Reno Semercyan bildirib ki, Paris klubu öz hüquqlarını qətiyyətlə müdafiə etməyə davam edəcək.