Misli Premyer Liqasının XV turunun ilk oyun gününə Tovuzda yekun vurulacaq. Sport24.az xəbər verir ki, "Turan Tovuz" doğma meydanda "Sabah"ı qəbul edir.
Bu matçı həm də turun mərkəzi görüşü kimi də dəyərləndirmək olar. 13 oyundan (Birinci turda keçiriləməli olan "Sabah" - "Qarabağ" matçı təxirə salınıb) sonra aktivində 28 xal olan "bayquşlar" turnir cədvəlində ikinci, "boz qurdlar" isə 24 xalla beşinci yeri tutur. İlk dövrənin oyununda "Sabah" "Turan Tovuz"u 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun digər görüşləri sabah və bazar ertəsi keçiriləcək.
Misli Premyer Liqası
II dövrə, XV tur
16:30. "Turan Tovuz" - "Sabah"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz. Şəhər stadionu.