"Keşlə" təcrübəli futbolçusu Rail Məlikovu Konfrans Liqasında "Soçi"ylə matçlara sifariş etməməsi səbəbi bilinib. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamasında 36 yaşlı müdafiəçini B kateqoriyalı məşçqi kurslarına göndərdiklərini söyləyib: "Bu kurslar yaxında başlamalıdı. Railə görə icazə alıblar, danışıblar ki, əvəzedici komandada məşqlərdə iştirak edə bilsin. Çünki əsas komandada qrup məşqçi keçmək bir az çətindi. Orda praktika gedəcək, "dubl"un baş məşqçisi Rüstəm Əliyevin işləriylə tanış olacaq, baxacaq ki, bu komandada işlər necə gedir. Yəni, indidən məşqçiliyə bir addım atılır. Məlikovıa aramızda heç bir narazılıq olmayıb. Sadəcə, məşçqi kurslarına getdiyi üçün əvəzedicilərə göndərimişik və "Soçi"ylə matçlarda bizimlə olmayacaq. Onsuz da özüylə danışmışıq ki, yavaş-yavaş məşqçiliyə başlamaq istəyir. Yeni mövsümdə sifariş olunacaq, sadəcə, artıq tədricən məşqçiyə start götürəcək".

Xatırladaq ki, Məlikov 2 il əvvəl "Keşlə"yə "Sumqayıt"dan keçib.

 

MEHMAN SÜLEYMANOV