II Liqada mübarizə aparan "Şəmkir" heyətinə Premyer Liqa təcrübəsi olan yeni futbolçu cəlb edib. Bu barədə kluba yaxın mənbədən məlumat daxil olub.

 

Qarşısına I Liqaya yüksəlmək məqsədi qoyan qərb təmsilçisi Kamal Mirzəyevi "rənglərinə bağlayıb". Karyerası ərzində elitada "Sumqayıt", "Zirə", "Qəbələ", AZAL kimi klubların şərəfini qoruyan, Küveytdə legioner həyatı yaşayan futbolçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.

 

Qeyd edək ki, aktivində 29 xal olan "Şəmkir" hazırda turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.