"Səbail" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Sport24.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi Franko Mazurekin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Xatırladaq ki, paytaxt təmsilçisi daha əvvəl Luvaqa Kizito, Qustavo de Fransa və Qoba Zakpa ilə də vidalaşmışdı.