"Səbail"in qış hazırlıq planı məlum olub. Sport24.az xəbər verir ki, Adil Şükürovun rəhbərlik etdiyi komanda təlim-məşq toplanışına yanvarın 6-da başlayacaq.

 

Məşqlər "ASCO Arena"da keçiriləcək.

 

"Səbail" hazırlıq mərhələsi çərçivəsində 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hazırlıq matçlarındakı rəqiblər barəsində klubun rəsmi saytında və sosial media ünvanlarında məlumat veriləcək.