"Baş məşqçi məsələsi ilə bağlı yaxın zamanlarda məlumat verəcəyik mətbuata. Yaxşı xəbər gözləyin". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in idman direktoru Fərəc Əliyev deyib. 

Onun sözlərinə görə, son 4 mövsümdə komandanın baş məşqçisi olan Aftandil Hacıyevlə başa çatan müqavilənin uzadılması reallaşır: "Müddətinə gəlincə, bu yöndə danışıqlar aparırıq. Hər şeyə aydınlıq gələndən sonra dəqiq məlumat verə biləcəyik. Futbolçulara qədər ilk növbədə baş məşqçinin məsələsini danışıb, bitirib, sonra oyunçulara keçməliyik. Çünki klub olaraq baş məşqçinin istədiyini yerinə yetirib sonra hansısa futbolçularla danışıqlar apara bilərik".

Əliyevdən klubun yeni mövsümdə büdcəsinin artması istiqamətində işlərin necə gedişi haqda da soruşduq: "Bəli-bəli, "Səbail" daha iddialı olacaq. Bildiyiniz kimi, baş sponsorumuz ASCO-du. Gördüyünüz kimi. bu şirkətlə daha yaxından təmasda da oluruq. Onlardan da yaxın münasibət, qayğı görürük. Oyunlarımıza da gəlib iştirak edirlər. Bir canlanma var, elə də olacaq".

Xatırladaq ki, "Səbail" uzun müddətdi turnir cədvəlində son pillədə qərarlaşıb. 

 

 

MEHMAN SÜLEYMANOV