Misli Premyer Liqasının XXV turunun "Sabah" – "Sumqayıt" oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü.

 

– İlk növbədə "Sabah"ı təbrik edirəm. Onlar çempionluq uğrunda oynayan komandadır. Bizdən güclüdürlər və bunu qəbul edirlər.


– Müdafiədəki fərdi səhvlər nədən qaynaqlanır?

– Vüsal Paşayev gəncdir, təcrübəsizdir. Lakin yenədə oyunçular məsuliyyətli davranmalıdır.