Yeniyetmə samboçulardan ibarət milli komanda 2025-ci ilin ilk beynəlxalq turnirinə yollanacaq. Sport24.az xəbər verir ki, bu barədə sambo üzrə yeniyetmələrdən ibarət milli komandanın baş məşqçisi Yaqub Abdullayev məlumat verib.



O yarışın Yunanıstanda keçiriləcəyini bildirib: "Apreldə ilin ilk beynəlxalq yarışına yollanacağıq. Yunanıstanda Avropa çempionatı və birinciliyi keçiriləcək. Bundan sonra isə ölkəmizdə keçiriləcək III MDB Oyunlarında mübarizə aparacağıq".



Qeyd edək ki, yanvarın 10-da sambo üzrə kişilər, yeniyetmə və gənclərin ölkə çempionatı və birincilikləri start götürüb. Yarışa ayın 12-də yekun vurulacaq.