"Sabah"ın futbolçusu Şpiro Periçiç Türkiyədəki təlim-məşq toplanışına qatılmayıb. Sport24.az Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun Sport24.az-a verdiyi məlumata görə, buna 29 yaşlı xorvatiyalı müdafiəçinin ilin əvvəlində koronavirusa yoluxması səbəb olub.

Belə ki, legionerin COVİD-19 testinin nəticəsi müsbət çıxdığınddan, Antalya toplanışına hələ ki gələ bilməyib. Hazırda ölkəsində olan Periçiç karantin müddəti bitəndən sonra hazırlıq prosesinə qatılacaq.