“Sabah”ın gənc futbolçusu İdris İnqilablı Ukraynanın paytaxtı Kiyevdə diz oynağının ön çarpaz bağlarından əməliyyat olub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

​Əməliyyatın uğurlu keçdiyi diqqətə çatdırılıb. Həkimlərin rəyinə əsasən, 22 yaşlı yarımmüdafiəçi 4 ay sonra komanda ilə məşqlərə başlaya biləcək. Bu isə o deməkdir ki, İdris mövsümü erkən başa vurmalı olub.