Sloveniyada təlim-məşq toplanışında olan "Sabah"ın hazırlıq planında dəyişiklik edilib. Sport24.az xəbər verir ki, klub iyulun 18-də Sloveniya toplanışını başa vurduqdan sonra əvvəlcədən nəzərdə tutulduğu kimi Bakıya qayıtmayacaq.
"Bayquşlar" "Makkabi" ilə Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununun keçiriləcəyi Macarıstana yola düşəcək. "Sabah" matça kimi Budapeşt şəhərində məskunlaşacaq.
Qeyd edək ki, "Makkabi" - "Sabah" oyunu iylun 25-də baş tutacaq.