Portuqaliyanın "Felqeyraş" klubunun futbolçusu Afonso Silvanın karyerasını Azərbaycanda davam etdirmək imkanı olub. Sport24.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi agentlər vasitəsilə "Sabah" klubuna təklif edilib.

Lakin Masazır təmsilçisi bu transfer variantına isti yanaşmayıb. "Bayquşlar" müdafiə xətti üçün seçimini başqa futbolçudan yana edib və Junior Almeydanın keçidinə üstünlük verib.

Qeyd edək ki, Afonso Silva Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarında da çıxış edib. Gənc müdafiəçi U-18 və U-20 yığmalarının formasını geyinib.