Bu gün Misli Premyer Liqasında daha iki qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk oyunu Masazırda keçiriləcək.
"Sabah" "doğma divarlar" arasında "Kəpəz"i qonaq ecəcək. "Bayquşlar" hazırda 36 xalla turnir cədvəlində 5-ci, aktivində 24 xal olan "sarı-göylər" isə 9-cu pillədə qərarlaşıb. Cari mövsümdə bu komandalar arasında baş tutan əvvəlki 3 görüşdən 1-də "Sabah", 1-də isə "Kəpəz" qələbə qazanıb. 1 matç isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, oyunun start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
IV dövrə, XIX tur
17:00. "Sabah" - "Kəpəz" 0:1
Qol: V. Almeyda, 41.
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Masazır. "Bank Respublika Arena"
"Sabah": 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 15. Seymur Məmmədov, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 4. Sofian Çakla, 18. Pavol Safranko (k), 3. Con İrasabal, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulax Xaybulaev, 32. Elgün Dünyamalıyev, 70. Cesse Sekidika, 99. Neqoş Kupusovi.
Baş məşqçi: Valeri Berezutski.
"Kəpəz": 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 21. Camal Cəfərov, 19. Sadiq Şəfiyev, 26. Valdemar Almeyda, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov. 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 9. Luis Paçu, 11. Trent Buhagiar, 10. Karim Lkoça.
Baş məşqçi: Azər Bağırov