"Qarabağ" Misli Premyer Liqasında cari mövsüm yubiley qolunu vurub. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi buna "Zirə"yə qalib gəldiyi 29-cu turun oyununda nail olub.

Kadi Borgesin cərimə zərbəsindən vurduğu qol çempionatda 70-ci olub.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cari mövsüm komandanın ilk qolunu avqustun 2-də, I turda "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə üstələdikləri görüşdə Redon Cica vurmuşdu.