"Çətin oyun olacağını bilirdik. "Baku Sporting" qış fasiləsindən sonra bir dəfə məğlub olmuşdu. Oyuna yaxşı hazırlaşmışdıq. Şükür ki, qələbə qazandıq". Bu sözləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Şahin Şahniyarov deyib.

 

Gənc futbolçu komandasının yenidən Premyer Liqaya vəsiqə qazanmasını münasibət bildirib:

"Mövsüm başlayandan hədəfimiz elitaya qayıtmaq olub. İstəyimizə çatdığımız üçün çox sevincliyəm. Amma əsas məqsədimiz Birinci Liqada çempion olmaqdır. Bu uğur bizi rahatlaşdırmır".

 

Qeyd edək ki, ki, "Qəbələ"nin Premyer Liqaya qayıtması I Liqanın XX turunda dəqiqləşib. "Baku Sportinq"lə qarşılaşan Kaxaber Tsxadadzenin yetirmələri 5:0 hesablı qələbə qazanıblar. 4-cü pillədə qərarlaşan "Baku Sportinq"lə xal fərqini 26-ya çatdıran "Qəbələ" sona 7 tur qalmış elitaya vəsiqə verən ilk "üçlük"də yerini təmin edib.