"Sabah" müdafiəçi Boyan Letiçlə yollarını ayırıb. Sport24.az xəbər verir ki, futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Boyan Letiç 2022-ci ilin fevral ayından "Sabah"ın üzvü idi. O, komandanın heyətində ümumilikdə 125 oyun keçirib.

 

Letiç "Sabah"ın tarixində önəmli rol oynamış futbolçulardandır. 33 yaşlı müdafiəçi komandanın tarixi ərzində ən çox oyun keçirmiş ikinci oyunçu olmaqla yanaşı, həm də "Sabah"ın avrokuboklarda ilk qolunun müəllifidir. Letiç "Sabah"ın heyətində Premyer Liqanın gümüş və bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.