Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" "Rakov"un qonağı olub.

 

Ekstraklasanın 28-ci turu çərçivəsində keçirilən qarşılaşma meydan sahiblərinin 2:1 qələbəsi ilə başa çatıb. Start heyətində yer alan Renatın ötürmə sayəsində "Radomyak" fasilədən sonra hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. Dadaşov 76-cı dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, qışda Polşa təmsilçisinin heyətində keçən Renat 2 qol və 2 ötürmə ilə yadda qalıb. Onun komandası 34 xalla 13-cü pillədə qərarlaşıb.