Ukrayna Premyer Liqasında 24-cü turun bir sıra oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayevin formasını geyindiyi "Çernomorets" səfərdə "Obolon"la üz-üzə gəlib.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Mustafayev 78-ci dəqiqədə meydana çıxıb. Hazırda "Çernomorets" 18 xalla 16 komanda arasında 15-ci pillədədir.